!Reklam

Son zamanlar məktəblilər arasında aqrenssiya, zorakılıq, psixoloji terror halları getdikcə artır. Belə dəhşətli hadisələrdən biri də dünən Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisə zamanı onlardan biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.