Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən E.Mirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Yüzlərlə israilli İsrailin paytaxtı Təl-Əvivdə baş nazir Benyamin Netanyahu hökumətinin istefası, erkən seçkilərin keçirilməsi və israilli məhbusların evlərinə qayıtması tələbi ilə etiraz aksiyası keçirib.
Avropa Komissiyası Belçikanın suveren fondu olan SFPIM ilə Brüsselin Avropa bölgəsi adlanan ərazisində 23 ofis binasını 900 milyon avroya satmaq barədə müqavilə imzalayıb.
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.