Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Mayın 6-dan 31-dək Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu ilk dəfə olaraq elektron portalı vasitəsilə aparılacaq.
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
“Rusiya qazı Ermənistana Azərbaycan üzərindən cəmi 20 gün gedib ki, bu da 2021-ci ilin mart ayında olub. O vaxt Rusiya-Gürcüstan magistral qaz kəmərli zədələnmişdi, ona görə də Rusiya qazı Azərbaycana daxil olaraq, buradan Qardabaniyə getmiş, oradan isə Ermənistana ötürülmüşdü. Bundan sonra belə bir fakt qeydə alınmayıb və cəmiyyətə bu barədə hər hansı bir informasiya açıqlanmayıb”.
"COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək mümkündür. Ermənistan razı olarsa, belə bir razılığın əldə olması realdır. Qazaxda sərhədlərin delimitasiya prosesi və bunun nəticəsində Azərbaycanın 4 kəndinin geri qyatarılması onu göstərdi ki, indiyədək sülh sazişinin imzalanması üçün belə münbit zəmin olmayıb".