Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.
İranlı Şahzad Bəşir adlı tədqiqatçı 2013-cü ildə “Şah İsmayıl və Qızılbaşlar: Səfəvi dövlətinin dini tarixində hannibalizm” adlı məqalə dərc edir. Müəllif əlində istinadı düz olmayan bir neçə mənbə adı çəkərək iddia edir ki, Səfəvi ordusunda olan Türkmən əsgərləri adam əti yeyiblər.
“Qərb sistemli şəkildə Ermənistanı Rusiyanın rəsmi statusundan NATO müttəfiqinə çevirir. Onların Ermənistana köməyi Moskvanın Qarabağın 30 illik qeyri-qanuni işğalını davam etdirməsi üçün İrəvana kömək etməkdən imtina etməsi ilə bağlı daxili narazılıqdan istifadə etməklə daha da artır. Məqsəd bu ölkəni Cənubi Qafqazda nüfuz qalasına çevirmək və eyni zamanda hakim xarici siyasətlərinin cəzası kimi Azərbaycan, İran və Türkiyəyə təzyiq göstərməkdir”.
“Alman hakimiyyəti köhnə və yeni çağırışlara cavab vermək üçün öz ordusunun döyüş qabiliyyətini artırmağı planlaşdırır, bu dəyişikliklər son 35 ildə ən radikal hərbi islahat olacaq”.
Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ-nin dövlət katibi Antoni Blinken arasında aparılan danışıqların nəticələrini yalnız bu məsələ ilə bağlı İrəvandan rəsmi açıqlamalardan sonra qiymətləndirə biləcək.