!Reklam

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin may müqaviləsinin dəyəri 0.08 % artaraq 1 barelə görə 86.82 ABŞ dolları təşkil edib.

Cənab Toyvo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur.

“Crocus City Hall”da törədilən terror aktı zamanı Azərbaycan vətəndaşı 100-dən çox insanı xilas edib. Belə ki, ofisiant Kamil Nəsibov zərərçəkmişləri sürüyərək təcili yardım maşınlarına çatdırıb, 80-ə yaxın insanı binanın çıxışına aparıb. O, təsadüfən fənəri yandırılmış telefonu tapıb və ona zəng edən zərərçəkmiş qız alovların içərisindən sağ çıxarılıb.

Martın 23-də 3614 nömrəli Günəş ləkəsinin fəallığı nəticəsində X1.1 (güclü R3) alışması baş verib. Bu mürəkkəb plazma atılmasının pik həddi Bakı vaxtı ilə saat 05:33-ə təsadüf edib. Eyni zamanda 3615 ləkəsindən alışma baş verib. Adıçəkilən fəal törəmələrin alışması asimmetrik tac kütlə atılması ilə nəticələnib. Tac kütlə atılmasının Yerə yaxınlaşması nəticəsində martın 24-də güclü geomaqnit qasırğası qeydə alınıb.