Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xalqımıza qarşı törədilən soyqırımlarından biri də Bağanis-Ayrım faciəsidir. Ölkəmizdə həyata keçirilən mükəmməl siyasət, o cümlədən uğurlu xarici siyasət nəticəsində artıq dünya ictimaiyyətinin böyük hissəsi zaman-zaman xalqımızın başına gətirilən müsibətlər, soyqırımları, deportasiyalar, terrorlar, repressiyalar və xüsusilə digər ağır cinayətlər barədə dəqiq və ətraflı məlumatlara malikdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu istiqamətdə ölçüyəgəlməz işlər görülüb. Soyqırımları, o cümlədən sözügedən soyqırımı barədə həqiqətlərin, tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni milli maraqlarımıza uyğun münasibət bildirilməsinə nail olunması, bununla əlaqədar respublikamızda və ölkəmizdən kənarda həyata keçirilən sistemli və ardıcıl tədbirlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin, bu sahədəki misilsiz fəaliyyətinin bəhrəsidir. Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu istiqamətdə görülən müstəsna işlər də mühüm əhəmiyyət kəsb edir. Həmçinin Ermənistan silahlı qüvvələrinin Bağanıs Ayrım kəndində törətdiyi soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə həmin faciədə həlak olmuş şəxslərin xatirəsi əbədiləşdirilib, abidə kompleksi ucaldılıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidenti Vladimir Zelenskinin Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı açıqlamasına münasibət bildirib.
Türkiyə hər mövsümdə ziyarətçilərə müxtəlif tətil variantları təqdim edir. Ölkənin ən qalıcı görməli yerlərindən biri, qədimdən bəri bu coğrafiyanın ayrılmaz hissəsi olan məşhur türk hamamı və spa ənənəsidir. Dünyanın ən heyrətamiz mənzərələrindən olan Pamukkaledə bu mədəniyyətdən həzz almaq unudulmaz bir təcrübədir və yalnız bu əlamətdar məkana aiddir…