Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclasında audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə əlaqədar Şuraya edilmiş son müraciətlər müzakirə olunub.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Ramil Həsənin və “TUİB” İdarə Heyətinin sədri Hüseyn Büyükfıratın təşəbbüsü ilə yaradılan “Tək millət, Tək ürək” Beynəlxalq Qardaşlıq Platformasının, eyni zamanda Trabzonlu İş Adamları Platformasının və xeyirsevər insanların dəstəyi ilə Novruz bayramı ərəfəsində Ucar rayonunda “Novruz” yardım aksiyasına start verilib. Belə ki, öncədən hazırlanmış siyahıya və müraciətlərə uyğun olaraq Ucar rayonunun müxtəlif kəndlərində və rayon mərkəzində yaşayan yüzlərlə şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə bayram sovqatları çatdırılacaq, eyni zamanda onların narahatlıqları və hazırda üzləşdikləri problemlərlə maraqlanılacaqdır.
Son günlər taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlıq keçmələri barədə təlimlərdə iştirak etmədən müəyyən ödəniş müqabilində şəhadətnamələrin verilməsi ilə bağlı müraciətlər daxil olur.