Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Göygöl rayonunun Qızılca, Yeni Qızılca, Bəhrambəy, Sərkar və Haçaqaya kəndlərinin, Şəmkir rayonunun Kür, Səməd Vurğun qəsəbələrinin, Qapanlı, Yeni Abad kəndlərinin, eləcə də Sabirabad rayonunun Həsənli, Balvar, Qaralı, Cavad, Zəngənə, Əlicanlı, Türkədi, Yolçubəyli, Narlıq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
“Azerbaijan Coca-Cola Bottlers” MMC bir neçə şirkət və şəxsi alqı-satqı müqavilələri ilə bağlı öhdəlikləri yerinə yetirmədiyi üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edib.