!Reklam

Son günlər ölkədəki təhsil müəssisələrində baş verən qanunsuzluqlarla bağlı xəbərlər gündəmdən düşmür. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktorunun rüşvət qalmaqalından sonra, Qarabağ Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən təhsil müəssisələrində keçirilən monitorinqlər zamanı məlum olub ki, Ağcabədi rayonu üzrə təhsil sektorunun dörd nəfər əməkdaşı tərəfindən vəzifə öhdəlikləri vaxtında və düzgün icra olunmayıb. Göstərilənləri nəzərə alaraq Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşları və yoxlanılmış təhsil müəssisələrinin rəhbərləri barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam tənbeh tədbirləri tətbiq edilib.