Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Öz məktəb yoldaşına qarşı zorakılıq göstərən Dilarə Rzaquliyeva özü də həmin qız tərəfindən bulinqə məruz qaldığını iddia edir. Onlar vaxtilə bir məktəbdə oxumaqla yanaşı, həm də qonşudurlar. Bulinqə məruz qalan qız 156 saylı məktəbin IX sinifindən çıxaraq peşəyə yönəlib. Hadisəni törədən Dilarə Rzaquliyeva isə məktəbin XI sinifində təhsil alır. O, bu hadisəni bir növ qisas almaq məqsədilə törətdiyini söyləyib.
Prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.