!Reklam

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev və onun rəhbərlik etdiyi heyət Kilis Çıldırobadakı 6-cı Korpus və Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı, eləcə də Şəhid Mehmet Sərhəd Postuna baxış keçirib.

Ötən ilin oktyabr ayında Azərbaycanda tələbələr üçün “Vahid Tələbə Kartı”nın istifadəyə verilməsi ilə yeni bir mərhələ başlanmışdı. İlkin mərhələdə 170 min tələbəyə təqdim edilən bu kartlar, əsasən, Elm və Təhsil Nazirliyinə tabe olan müəssisələrdə təhsil alan tələbələrə verilmişdi. Sonradan isə bir neçə universitetin tələbələri də bu kartlardan faydalanmağa başladılar.