Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
“Əgər Ukraynanın Avropa Şurasındakı səfiri COP29-un boykot edilməsi ilə bağlı çıxış edibsə, əlbəttə ki, bu, başadüşülən hal deyil. Ona görə ki, COP29 beynəlxalq tədbirdir və burada qlobal ekoloji böhrandan çıxmaq, davamlı inkişaf və hazırda dünya qarşısında olan çağırışların dəf edilməsi üçün dialoqa ehtiyac var”.
İnnovasiya və sürət lideri “Bakcell” BMT-nin Qlobal Sazişinə (United Nations Global Compact) qoşulub. Bununla bağlı “Bakcell”in baş icraçı direktoru Klaus Müller və BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov arasında memorandum imzalanıb.
“Yollardakı COP29 zolaqlarının avtobus zolaqlarından nə status baxımından, nə də hansısa digər meyarlara görə fərqi yoxdur. Bu zolaqlardan istifadə zamanı tətbiq olunan qaydalar COP29 zolaqlarına da aiddir”.
Qırmızı kitaba daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulmasına görə cərimələr kəskin artırılır.
Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə və ya zədələnməsinə görə cərimələr sərtləşdirilir.
Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaric edilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndəriləcəklər.
Azərbaycanda müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması ilə bağlı yeni qayda müəyyən edilir.