Avtobuslar zolaqlarından kənara çıxsa, cərimələnə bilərmi? - AÇIQLAMA + FOTO
Avtobuslar üçün xüsusi zolaqların çəkilməsi nəqliyyat sıxlığının azaldılmasına hesablansa da, mütəmadi olaraq digər hərəkət iştirakçıları qaydaları pozur və bu yola daxil olurlar. Nəticədə avtobusların mənzil başına çatması ləngiyir. Eyni zamanda da qaydaları pozan sürücülər cərimələnirlər.