Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzada 24 Hepatit A xəstəliyinə yoluxma faktını təsdiqlədiklərini, heç bir ölüm hadisəsinin qeydə alınmadığını bildirib və buna görə sarılıqdan əziyyət çəkən minlərlə insanın ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Yeni yaradılacaq Qarabağ Universitetində kimlərin təhsil alacağı ilə bağlı müzakirələr aparılır. Bəzi iddialara görə, bu universitetə, ilk növbədə, maddi vəziyyəti yaxşı olmayan, yəni Bakıda yataqxanada yerləşə bilməyən, həm də paytaxtda kirayə ev tutmağa imkanı olmayan, habelə təhsil aldığı dövrdə bilik səviyyəsi ilə öyünə bilməyəcək tələbələr köçürüləcək. Əslində, Qarabağ Universitetində ixtisaslar açıqlansa da, tələbə kontingentinin səciyyəsi barədə hələ ki heç bir rəsmi açıqlama yoxdur.
Audiovizual Şura tərəfindən audiovizual proqramların sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtının (praym-taym) müəyyən edilməsi qaydası hazırlanıb.