Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
İHH İnsani Yardım Vəqfinin, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) və “Damla” İB-nin birgə təşkilatçılığı ilə çəkilən Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Tağıyev” sənədli filminin təqdimatı keçirilib.
Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev və onun rəhbərlik etdiyi heyət Kilis Çıldırobadakı 6-cı Korpus və Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı, eləcə də Şəhid Mehmet Sərhəd Postuna baxış keçirib.
Yanvarın 21 və 22-də Günəşdə baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə bu gün axşam saatlarında G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.
AZAL-a məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pansir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edib.
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiyinə görə işinə xitam verilən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyevanın həyat yoldaşı, sözügedən klinikanın Ginekologiya və doğum şöbəsinin müdiri Əziz Rəfibəyov da işdən çıxıb.