“Tələbə kartı”nın FAYDASIZ FAYDALARI – Tələbələr hansı məkanlarda endirimdən yararlana bilərlər?
Ötən ilin oktyabr ayında Azərbaycanda tələbələr üçün “Vahid Tələbə Kartı”nın istifadəyə verilməsi ilə yeni bir mərhələ başlanmışdı. İlkin mərhələdə 170 min tələbəyə təqdim edilən bu kartlar, əsasən, Elm və Təhsil Nazirliyinə tabe olan müəssisələrdə təhsil alan tələbələrə verilmişdi. Sonradan isə bir neçə universitetin tələbələri də bu kartlardan faydalanmağa başladılar.