Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb.
Rusiya Daxili İşlər Nazirliyi 2024-cü il yanvarın 7-dən bütün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin patent alarkən və ya işə düzələrkən doldurmalı olacağı bildiriş formasını təsdiqləyib.
"Forbes" dünyanın ən bahalı futbol klublarının yeni reytinqini təqdim edib.
"Unikal" xəbər verir ki, siyahıya 5 milyard 490 milyon avro ilə "Real" başçılıq edir. “Mançester Yunayted” (5 milyard 427 milyon avro) 2-ci, “Barselona” (4 milyard 984 milyon avro) 3-cü pillədə qərarlaşıb.
"Liverpul" (4 milyard 785 milyon avro) 4-cü, "Mançester Siti" (4 milyard 514 milyon avro) 5-ci, "Bavariya" (4 milyard 396 milyon avro) 6-cı, PSJ (3 milyard 808 milyon avro) 7-ci, "Çelsi" (2 milyard 804 milyon avro) 8-ci, "Tottenhem" (2 milyard 533 milyon avro) 9-cu və "Arsenal" (2 milyard 44 milyon avro) 10-cu pillədə yer alıb.
Ötən il oktyabrın əvvəlindən indiyə kimi İsrailin atəşə tutması nəticəsində Qəzza zolağında ölənlərin sayı 22.185 nəfərə, yaralıların sayı isə 57.035 nəfərə çatıb.