Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Prezident İlham Əliyev Şabran rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km)-Ağalıq-Daşlıyataq-Günəşli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Növbəti müharibənin qarşısını almaq, azadlıq və demokratiya prinsiplərini qorumaq üçün ABŞ ermənilərin özünümüdafiə, eləcə də öz müqəddəratını təyinetmə hüququna regional dəstəyi səfərbər etməlidir. Eyni zamanda, “artsax” ermənilərinin öz “ata-baba yurdlarına” təhlükəsiz qayıtmasını qorumalıdır.
Qızılca virusu ətraf mühitdə az davamlı olaraq, 2 saat aktiv qala bilir. İnfeksiya mənbəyi qızılca ilə xəstə şəxsdir və inkubasiya dövrünün (8-17 gün) 4-cü günündən səpgilərin 4-cü gününə qədər yoluxdurucu olur. Səpgilərin 5-ci günü xəstə artıq yoluxdurucu olmur. Xəstədə 38-40°С hərarət, zökəm, quru öskürək, işıqdan qorxma, baş ağrısı, konyuktivanın qızarması, əsnəyin hiperemiyası, enantema (bərk və yumşaq damaqda qırmızı ləkələr) qeyd olunur.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında hələ də Ermənistan işğalında qalan 8 kəndlə (Naxçıvanın Sədərək rayonunun Kərki kəndi və Qazaxın 7 kəndi - Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli) bağlı rəsmi səviyyədə yeni hesab ediləcək açıqlama verib.
Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illər ərzində kommersiya bankları tərəfindən sahibkarlara ayrılan kredit məbləğinin 60 faizinədək olan hissəsinin qaytarılmasına dövlət zəmanətinin verilməsi nəzərdə tutulub.