Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik fəaliyyətinin başa çatması münasibətilə Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovu qəbul edib.
Azərbaycan müdafiə nazirinin müavini və Quru Qoşunlarının Komandanı general-leytenant Hikmət Mirzəyev Türkiyənin Quru Qoşunları komandanı general Səlcuq Bayraqdaroğlu ilə görüşüb.
Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti, Cinayət Məcəlləsinin 308.2.1-ci 308.2.3-cü maddələrində nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda (əlli min manatdan iki yüz əlli min manatadək) zərər vurulduqda yaranacaq.
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən A.Rzazadə və N.Nəsirli saxlanılıblar.
Azərbaycan Tibb Universitetinin tələbələrinin istehsalat təcrübəsi imkanlarını genişləndirmək və praktiki biliklərini daha da artırmaq məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”na dəyişiklik edilib.
Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi hələ qeyri-müəyyən olaraq qalır, lakin bu gün parlamentdənkənar qüvvələrin təşəbbüsü ilə hazırlanan “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinə başlanılması haqqında” qanun layihəsi Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyanın iclasında müzakirə olunacaq.