!Reklam

Dəfələrlə ölkə ərazisində mənşəyi məlum olmayan heyvan ətlərinin satışı ilə rastlaşmışıq. Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələ ilə bağlı qabaqlayıcı tədbirlər görür, mənşəyi məlum olmayan heyvan ətlərini satmaq istəyən şəxsləri yaxalayır, məsuliyyətə cəlb edir. Amma bəzi işbazlar hələ də ölmüş heyvan, uzunqulaq ətlərini rayonlardan yığaraq ucuz qiymətə xüsusi alverçilərə satır. Məlumata görə, həmin ətlər paytaxt ərazisindəki dönərxana və ucuz kafelərə də satılır.

1988-ci il dekabrın 6-da BMT-nin 43-cü sessiyasında iştirak etmək üçün Nyu Yorka gedən Mixail Qorbaçovla (SSRİ-nin ilk və son prezidenti) erməni diaspor və lobbisinin görüşü olmuşdu. Görüşün təşkilində SSRİ-nin həmin vaxt ABŞ-dakı səfiri Yuri Dubininin xanımı Liana Zavenovna Dubinina xüsusi fəallıq göstərmişdi. Liana Dubinina - qızlıq soyadı Xaçatryan - ABŞ-dakı erməni diasporunun Rusiya səfirliyi ilə əlaqəsini yaratmışdı. Raisa Qorbaçovanın erməni diasporu ilə görüşünü də məhz o təşkil etmişdi.