Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycan Tibb Universitetinin tələbələrinin istehsalat təcrübəsi imkanlarını genişləndirmək və praktiki biliklərini daha da artırmaq məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”na dəyişiklik edilib.
Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi hələ qeyri-müəyyən olaraq qalır, lakin bu gün parlamentdənkənar qüvvələrin təşəbbüsü ilə hazırlanan “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinə başlanılması haqqında” qanun layihəsi Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyanın iclasında müzakirə olunacaq.
Çoxsaylı müraciətlərinizə əsasən bildiririk ki, ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ayın son günü ödənilməli olduğu halda müəyyən edilmiş qrafikə əsasən daha tez müddətlərdə ödənilir. Əvvəlki aylarda olduğu kimi cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək.
Yanvarın 24-də saat 10:00-dan 15:00-a kimi Ermənistanın Tavuş vilayətinin İcevan rayonunun Aknaxbyur qəsəbəsində “Hava hücumu təhlükəsi zamanı əhalinin xəbərdar edilməsi, sığınacağı və təxliyəsi üzrə işlərin təşkili” mövzusunda təlimlər keçiriləcək.
Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində Nohur gölündə batan 1985-ci il təvəllüdlü İlham İslam oğlu Qəribovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
ABŞ prezidenti Donald Tramp tərəfindən Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency (CIA), - red.) direktoru vəzifəsinə namizədliyi irəli sürülən Con Ratcliffe Senatda keçirilən səsvermədə təsdiqlənib.