Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Son illər bankların müflis elan olunaraq bağlanması halları ilə tez-tez rastlaşırıq. Hətta mütəxəssislər yaxın vaxtlarda digər xırda bankların da iflasa uğraya biləcəyini proqnozlaşdırırlar. Lisenziyası ləğv edilən banklarda yerləşdirilən əmanətlərlə bağlı vətəndaşlar üçün heç bir təhlükə olmasa da, bu hal cəmiyyətdə ümumi bank sektoruna olan inamı sarsıdır. Ona görə də kreditləşməsi lazımi səviyyədə olmayan və ya maliyyə yardımına ehtiyacı olan bankların bağlanması ən sonuncu çıxış yolu olmalıdır. Bəs ölkəmizdə bir sıra bankların lisensiyasının ləğv edilməsini zəruri edən amillər hansılardır? Həmçinin bu göstəricinin minimuma endirilməsi üçün çıxış yolu nədir?
Ölkə ərazisini ağuşuna alan qızılca xəstəliyi gündəmin əsas mövzusudur. Təkcə uşaqlar deyil, böyüklər arasında da müşahidə edilən yoluxmalar hər kəsdə təşviş yaradıb. Ekspertlərin bəziləri hesab edirlər ki, bu xəstəlik qızılcanın başqa növüdür, hansısa virusdan qaynaqlanır. Əslində, “qızılca xəstəliyini hamı keçirməlidir” kimi bir anlayış uzun illərdir ki, insanların beynində formalaşıb. Əbəs yerə deyil ki, el arasında “qəbirdə də olsan, qızılcanı çıxarırsan” deyirlər. Lakin həkimlər bu anlayışı tamamilə mif adlandırırlar. Hazırda vətəndaşları ən çox qorxudan “Əvvəllər qızılca keçirənlər ikinci dəfə yoluxa bilərlərmi?” sualıdır.