Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Gürcüstanın Azərbaycandakı səfirliyi yanvarın 15-də Bakıda mebel sexində baş vermiş partlayış nəticəsində həlak olanlarla bağlı Azərbaycan xalqına başsağlığı verib.
Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq. Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.
“Apple” tibbi izləmə texnologiyaları şirkəti “Masimo” ilə patent anlaşılmazlığı ucbatından bəzi smart saat məhsulları ilə bağlı tətbiq olunan qadağanı aradan qaldıra bilər.
Ötən gün “Volksvagen Tuareq” markalı, 90 GD 390 dövlət qeydiyyat nömrəli avtomobil Hacıqabul rayonundan Sabirabad rayonuna gedən magistral yolda dəmir arakəsmələrə dəyib.
Ötən gün “Bravo” supermarketində çalışan əməkdaşlardan birinin lazımsız məhsulları zibil qabına atmasını əks etdirən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri məsələyə birmənalı yanaşmayıblar. Yaranan suallardan biri: “Niyə supermarketlərdə bu məhsullar atılır, onları zibil qutularının yanına ayrıca qoymaq olmazmı ki, ehtiyacı olan götürsün?” - olub. Bəziləri isə bildiriblər ki, zibil qabına atılması nəzərdə tutulan məhsullar istifadə üçün təhlükəlidir. Həmçinin zibil qabından kənara qoyulan istənilən tullantılar isə ilk növbədə ətrafın çirklənməsi, zibillərin ətrafa yayılması deməkdir. Atılan məhsullar yararsız olduğu üçün onu başqasına vermək heç bir halda doğru deyil.