!Reklam

8 noyabr 2023-cü il tarixində Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyinin yeni təyin olunmuş İdarə Heyətinin iclası keçirilib. Sözügedən iclas, Birliyin 18 oktyabr 2023-cü ildə İstanbul Conrad Hilton Oteldə baş tutmuş, növbəti İdarə Heyəti və Təftiş Şuralarının əsas və əvəzedici üzvlərinin seçildiyi Ümumi Yığıncağından sonra keçirilən ilk İdarə Heyəti iclası olub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun Avropanın bəzi regionlarından gətirilən heyvan məhsullarına məhdudiyyətlər qoyub.