!Reklam

Ötən günlərdə Günəşin fəallığı aşağı səviyyədə, ləkə qrupları sakit və stabil olub. Günəş diskində C sinfinə aid bir necə alışma baş versə də, geoeffektiv (Yerə yönələn) tac kütlə atılması müşahidə olunmayıb. Günəş küləyi parametrlərini ölçən DSCOVR peykindən əldə olunan görüntülər külək fonunun normal səviyyədə olduğunu deməyə əsas verir. ​