Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Bakıda və Abşeron yarımadasında dekabrın 26-da gecə və səhər, 27-də günün ikinci yarısında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.
Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi məqsədilə hazırlanan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi və onunla əlaqəli olan digər normativ hüquqi akt layihələri Milli Məclis tərəfindən 3-cü oxunuşda qəbul edilib.
Ali Avrasiya İqtisadi Şurasının iclası və MDB-nin qeyri-rəsmi sammiti üçün Sankt-Peterburqa gələcək Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ikitərəfli ünsiyyət qurmaq imkanı əldə edəcəklər.
Avropa İnsan Hüquqları Məhkəməsi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 2013-cü ildə qanunsuz olaraq həbs edilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilən jurnalist Pərviz Həşimlinin barəsindəki hökmdən verilən şikayəti araşdırır.
Avtobus dayanacaqlarında "işçi axtarılır", "kirayə ev", "torpaq satılır" və bu kimi elanlara tez-tez rast gəlinir. Dayanacaqlarda reklam yapışdırmaq üçün müəyyən hissələr ayrılıb və bunun üçün ödəniş etmək tələb olunur.