Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycan sumoçuları İsveçrənin Renan şəhərində keçirilən U-18 yeniyetmələr arasında Avropa birinciliyində 7 medal qazanaraq, ümumi hesabda ikinci yeri tutublar.
2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 faiz təşkil edib.
“WhatsApp” tərtibatçıları yeni funksiyanın - böyük qruplar üçün səsli söhbətin istifadəyə verildiyini elan ediblər. Yenilik istifadəçilərə real vaxt rejimində çoxlu sayda həmsöhbətlə səsli mesaj mübadiləsi aparmağa imkan verəcək.
Noyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olub, onlardan 890,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Azərbaycanda 10 şirkət yaradıb külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayınan Natiq Şərəddin oğlu Qasımov 7 il müddətinə azadlıqdan məhrum edilib.