Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
“İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1949 nömrəli Fərmanında dəyişiklik edilib.
“18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol” təsdiqlənib.
Separatçıların başçısı Samvel Şahramanyanın “müşaviri” Vladimir Qriqoryan “dqr”in buraxılması “qərar”ının ləğv edildiyini açıqladıqdan bir müddət sonra “vəzifəsindən” istefa verib.
Səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə dərhal 5 təcili yardım briqadası göndərilib. Hadisə nəticəsində xəsarət alan 17 nəfər (16 qadın, 1 kişi cinsli olmaqla) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Avropa regionunda 2023-cü ilin əvvəlindən qızılca xəstəliyinin alovlanması nəticəsində hazırda Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılması davam etməkdədir.
Prezident İlham Əliyev Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Sərəncam imzalayıb.