Marketlərdə ölüm təhlükəsi: Alıcılara xəbərdarlıq
Son dövrlərdə marketlərdə məhsulların düzgün markalanması müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə yayılan iddialara görə, bəzi alıcılar mağazadan aldıkları məhsulların istifadə müddətinin keçdiyini, lakin etiketlərdəki məlumatların dəyişdirildiyini bildirirlər. Bu iddiaları gücləndirən başqa bir səbəb isə bir sıra satıcıların etiraflarıdır. Onların açıqlamaları, bu cür təcrübələrin reallıqda mövcud olduğunu təsdiq edir.