Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
"Ziraat Bank" Azərbaycan 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb. Hesabatlara əsasən Bank müsbət inkişaf dinamikasını davam etdirərək 2024-cü ili də xalis mənfəətlə başa vurub.
“Manipulyasiya” son dövrdə ölkənin informasiya məkanında ən çox rastlanan ifadədir desək, heç də yanılmarıq. Sosial şəbəkələrdə edilən paylaşımlarda, yazılan məqalələrdə və hətta televiziya verilişlərində belə bu söz ən sevimli ifadəyə çevrilib. Bir sözlə, hamı bu haqda danışır. Bəs həqiqətdə “manipulyasiya” haqqında nələri bilirik və biz özümüzü manipulyasiyalardan qorumağı bacarırıqmı?
Avropa İttifaqı (Aİ) artıq Ukraynaya 134 milyard avro, o cümlədən silah üçün 50 milyard avro ayırıb. Yanvarın sonuna qədər Aİ ölkələri tərəfindən hazırlanan Ukrayna hərbçilərinin sayı isə 75 min nəfərə çatacaq.
Bakı Dövlət Universitetində “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” mövzusunda təlimlər başlayıb.
“Cəmiyyətin apolitik olması, yəni siyasətə kifayət qədər maraq göstərməməsi və ya siyasiləşməməsi bir çox hallarda manipulyasiyaların asanlıqla baş tutmasına şərait yaradır. Apolitik cəmiyyətlərdə destruktiv qüvvələrin təsiri daha güclü olur ki, bu da həm siyasi dairələrdə, həm də dövlət strukturlarında müəyyən təsirlər yaradır. Maraqlı tərəf odur ki, belə vəziyyətlərdə yalnız bir tərəf deyil, müxtəlif tərəflər də proseslərdən öz maraqları üçün istifadə etməyə çalışır”.
4 gün öncə Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma halı rəsmi olaraq təsdiqlənib. Məlumdur ki, xəstəlik bədəndə səpkilər, əzələ ağrıları, halsızlıq, hərarət, limfa düyünlərinin böyüməsi kimi simptomlarla müşaiyyət edilir.