Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsi müzakirəyə çıxarılıb.
Türkiyənin Tekirdağ şəhərinin Çerkezköy rayonunda Tekirdağ Vilayət Jandarm Komandanlığı və Çerkezköy Şəhər Jandarm Komandirliyi tarixi əsərlərin olduğu bildirilən bir evdə axtarış aparıb. Axtarış nəticəsində yaşı 650 il olduğu təxmin edilən əlyazma İncil aşkar olunub.
Bəhreyn İsrailin Qəzza zolağındakı hərəkətləri fonunda Fələstin xalqına dəstək əlaməti olaraq Təl-Əvivdəki səfirini geri çağırmaq, eləcə də yəhudi dövləti ilə iqtisadi əlaqələri dayandırmaq qərarına gəlib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Qəzzada sülhə nail olmaq üçün siyasətçiləri tezliklə qərarlar qəbul etməyə çağırıb.
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) müflis elan edilmiş “Muğan Bank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, kredit ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “Muğan Bank” ASC-nin Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “Muğan Bank” ASC-nin baş ofisində, “e-Manat” və “mpay" ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.
Bu il martın 16-da Cəsarət Vəliyevin qəsdən öldürülməsi, Camal Həsənovun isə müxtəlif xəsarətlər alması faktı üzrə Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Noyabrın 3-də Yupiterin qarşıdurması baş verəcək. Günəş batdıqdan sonra Yer kürəsi Günəş sisteminin ən böyük planeti ilə eyni xətdə olacaq. Bu hadisəni izləmək üçün teleskop lazım olmayacaq.