Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Baş nazir Əli Əsədov dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktuma təbrik məktubu ünvanlayıb.
”Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri Arif Alışanova qarşı dələduzluqda və onu öldürməyə cəhddə ittiham eidlən şəxslərin cinayət işi ilə bağlı Ali Məhkəməyə müraciət edilib.
Baş nazir Əli Əsədov Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planının hazırlanmasına görə qurumlara tapşırıq verib.
Dünən, noyabrın 30-da axşam saatlarında Montana ştatının dairə məhkəməsi bu ştatın hakimiyyət orqanlarının 2024-cü il yanvarın 1-dən Montanada "TikTok" tətbiqindən istifadəyə tam qadağa qoyulmasına dair qərarını bloklayıb. Məhkəmənin qərarı "TikTok"un ABŞ bölməsinin may ayında dövlət orqanlarına qarşı qaldırdığı iddia üzrə qəbul edilib.