Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Yanvarın 21-də saat 03:27-də Türkiyənin Bolu vilayətində məşhur Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində dəhşətli yanğın baş verib. Yanğın zamanı 12 mərtəbəli binada 237 qonaq olub.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Boluda Kartalkaya kurort mərkəzindəki hoteldə baş verən yanğında ölənlərin sayının 66-ya çatdığını açıqlayıb.
İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə xəsarət alaraq Yeni Klinikaya yerləşdirlən bir məktəblinin vəziyyəti kritik ağır olaraq qiymətləndirlir.
Almaniya Baden-Vürtemberq vilayətində və ABŞ-ın bəzi ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınması ilə əlaqədar bu ərazilərdən bəzi məhsulların gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub.