Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.
SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Daşkəsən-Xoşbulaq” magistral qaz kəməri qolunun 0-cı km-də kranın demontaj olunaraq əvəzinə yeni kranın quraşdırılması ilə bağlı 25.10.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Gəncə Körpü Tikinti-2”, “Bağmanlar” və “Daşkəsən” QPS-lərdən, “Bayan” və “Xoşbulaq” QTM-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
Rüşvətə təhrik etməkdə təqsirli bilinərək şərti cəzaya məhkum edilmiş Göyçay İcra Hakimiyyətinin sabiq şəhər icra nümayəndəsi Rəşad Şükürovla bağlı hökmdən verilmiş şikayətə baxılıb.
Xəbər verdiyimiz kimi ölkənin birinci bankı "Kapital Bank"ın baş sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Mühəndislik hakatonu keçirilib.
"Bakı Metropoliteni" QSC-nin işçilərinin maaşları 15 % artırıldığı barədə qərar yanvar ayından qüvvəyə minsə də ilin ilk 4 ayının maaş əlavələri bugünə kimi ödənilmirdi.