Baydeni lağa qoyan Tramp özü gülüş hədəfi oldu - VİDEO
Seçki kampaniyasında dəfələrlə Ağ Evin indiki rəhbəri Co Baydenin hərəkətlərini lağa qoyan ABŞ-nin keçmiş prezidenti Donald Tramp özü gülüş hədəfi olub. Belə ki, o, Nyu-Hempşirdə çıxışı zamanı Macarıstanla Türkiyəni, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla isə Macarıstanın Baş naziri Viktor Orbanı səhv salıb.