Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Seyidli Elçin Mir Qasım oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin malliyə dəstəyi ilə həyata keçirdiyi "Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində 6-cı onlayn (zoom proqramı) tədbir-konfrans keçirilib.
Dövlət İmtahan Mərkəzi bu gün Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “dinləyib-anlama” və “oxuyub-anlama” bacarığı üzrə, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi keçirib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müraciəti əsasında tibbi yardıma ehtiyacı olan erməni sakinlərin Ermənistana təxliyəsi üçün zəruri imkanlar yaradılır.
BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də keçirilmiş iclası bir daha göstərdi ki, Konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddialarını təsbit edən Ermənistan bu mötəbər təşkilatın tribunasından yalan və iftiralarının təbliği məqsədilə hələ də istifadə edə bilir. Qısa zaman kəsiyində bu, Ermənistanın ikinci belə cəhdi idi. Sual oluna bilər ki, kiçik bir ölkə öz yalanları ilə nüfuzlu qurumun tribunasına belə asanlıqla necə yol tapa bilir?
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.