Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamenti tərəfindən Sumqayıt şəhərində aparılan radioloji sınaqlar zamanı şəhər ərazisində anomal radiasiya göstəricilərinə malik sahə aşkar edilib. Təkrar yoxlamalar vasitəsilə nəticələr təsdiqləndikdən sonra bu barədə aidiyyəti dövlət qurumları müvafiq qaydada məlumatlandırılıb.
“Rizin” Döyüş Federasiyasının noyabrın 4-də Bakıda təşkil edəcəyi “Landmark 7” turnirində döyüşəcək Azərbaycan MMA idmançılarının rəqibləri müəyyənləşib.
Miqrasiya orqanlarında sınaq müddəti müəyyən edilmiş şəxslər vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq və həmin müddətdə yalnız vəzifə maaşı alacaqlar.
Azərbaycanda bu ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 974,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb.
Sentyabrın 14-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb.
ABŞ Senatında texnoloji nəhənglərin liderlərinin iştirakı ilə iclas keçirilib, iclasda süni intellektin (AI) riskləri, qaydaları və gələcəyi ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan Mərkəzi Bankı (AMB) nağd pulla bağlı əməliyyatların optimallaşdırılması, effektivliyin və səmərəliliyin yüksəldilməsi məqsədilə bir sıra biznes proseslərin kommersiya banklarına ötürülməsi proseslərinə başlayıb.