Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
11 sentyabr 2023-cü il tarixində Argentina Respublikasının Azərbaycan Respublikasındakı səfiri Marianxeles Belluşi Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Türkiyə BMT ilə “Taxıl sazişi”nin bərpası ilə bağlı məsələlərin öyrənilməsini intensivləşdirmək niyyətindədir və təşkilatın sentyabrın 19-da başlayacaq yüksək səviyyəli Baş Assambleyasına qədər sazişlərin bərpası ilə bağlı lazımi məsləhətləşmələrin aparılmasına ümid edir.
Sentyabrın 11-i saat 08:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.
2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabr 2023-cü il tarixdə başlayacaq, 14 iyun 2024-cü il tarixdə başa çatacaq.
Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mediasiya təşkilatlarına və mediatorlara müraciət etməklə əmək, ailə, kommersiya və istehlak mübahisənizi məhkəmədənkənar mediasiya yolu ilə həll edə bilərsiniz.