!Reklam

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” nüfuzlu “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən növbəti dəfə Azərbaycanın “Ən yaxşı işəgötürən” şirkəti seçilib. Bununla da “Azerconnect Group” ardıcıl olaraq üçüncü dəfə “Ən yaxşı işəgötürən” beynəlxalq sertifikatını əldə edən yeganə yerli şirkət olub.

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür. Xalqımızın milli kimliyinin təcəssümünə çevrilən Qanlı Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildi. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.