Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycanın Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərində, həmçinin Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsində yaşayan abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edilir.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən 14 kq-dan artıq narkotik vasitə çıxarılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də ölkəmizdə səfərdə olan İsrailin Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixteri videokonfrans formatında qəbul edib. Görüşün videokonfrans formatında keçirilməsinə səbəb İsrail nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.
Türkiyədə yayımlanan “Kim milyonçu olmaq istəyir” verilişində 24 yaşlı iştirakçı Rabia Birsen Göğercin bir milyon türk lirəsi (63 300 manat) dəyərində olan sualı cavablandıraraq müsabiqənin qalibi olub.