Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Avqustun 27-si saat 23:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
Fransa hakimiyyəti məktəblərdə əbayələrin - bədəni tamamilə örtən və adi paltarın üstündən geyilən müsəlman qadın paltarlarının geyinilməsini qadağan etmək niyyətindədir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2023-cü ilin oktyabr müqaviləsinin dəyəri 0.06% artaraq 1 barelə görə 84.53 dollar təşkil edib.
Avstraliyanın Sidney Universitetinin alimləri müəyyən ediblər ki, gündə beş dəqiqəlik intensiv fiziki fəaliyyət xərçəng xəstəliyinin bəzi növlərinə tutulma riskini 32% azalda bilər.
Təyyarə qəzasında həlak olan “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin sahib olduğu əmlak və varidat media tərəfindən üzə çıxarılıb.