Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Avqustun 26-sı saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat törətmək məqsədilə Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında əlverişli mövqelər tutmağa cəhd göstəriblər.
Vətən müharibəsindən sonra ötən dövr göstərir ki, Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarının tam şəkildə təmin olunmasına yönəlmiş addımları Ermənistan hökuməti ilə yanaşı, bəzi dairələri, xüsusilə Ermənistana havadarlıq edənləri ciddi şəkildə məyus edir.
Xəbər verdiyimiz kimi, 2020-ci il prezident seçkilərinin nəticələrini saxtalaşdırmağa cəhddə ittiham olunan keçmiş ABŞ prezidenti Donald Tramp Fulton həbsxanasında çəkilmiş fotosunu “X” sosial şəbəkəsində paylaşıb.
Avqustun 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb.
Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında dördüncü ixtisas qrupu üzrə 1206 nəfər 500-dən yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanıb.
Avqustun 23-də Tver vilayətində özəl təyyarəsinin partlaması nəticəsində həlak olan “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin meyiti dünən səhərçağı regional məhkəmə-tibb ekspertizası bürosunun morquna yerləşdirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.