Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
Qlobal demoqrafik strukturda böyük dəyişiklik gözlənilir. Mütəxəssislərin fikrincə, 2030-cu ilə qədər 65 və yuxarı yaşda olan yaşlı əhalinin gənc əhalini keçməsi, qocalar isə 5 yaşa qədər olan uşaqların sayından iki dəfə çox olacaq.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında yeni Fərman imzalayıb.
İsraillə “Hizbullah” arasında kontaktsız müharibə davam edir. İsrail tərəfi havadan, gəmilərdən və qurudan raketlər vasitəsi ilə “Hizbullah” mövqelərinə zərbələr endirir. İddialar var ki, İsrail və ABŞ İranı müharibəyə qoşmaq istəyir. İranın müharibəyə qoşulması isə Azərbaycan və Cənubi Qafqaza təsirsiz ötüşməyəcək. İran müharibəyə qoşulacaq? İran müharibəyə qoşularsa, bunun Azərbaycana təsiri necə olacaq?