Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cari ilin 7 ayında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 % artıb. Orta aylıq əməkhaqqındakı artım faizi növbəti ilin yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Bu sözləri deputat Vüqar Bayramov bildirib. O, qeyd edib ki, mövcud tendensiya qorunub saxlanılacağı halda 2024-cü ilin yanvarında pensiyaların artacağı gözlənilir. Deputat bildirib ki, məbləğindən asılı olmayaraq orta aylıq əməkhaqqı indeksasiyası bütün pensiya məbləğlərinə şamil ediləcək. O, həmçinin pensiya kapitalında da artım olacağını bildirib.
“Əldə olunmuş razılaşmalara baxmayaraq, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı marionet rejim əvvəldən Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda işləməsinə mane oldu və vəziyyətin humanitar deyil, siyasi xarakter daşıdığını bir daha sübut etdi”.