Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Balakən-Bakı marşrutundan istifadə edən sərnişinlərin daha rahat minib-düşməsini təmin etmək üçün hərəkət cədvəlində müəyyən tənzimləmələr tətbiq edib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.
İxtisasca rəssam olsa da, Azərbaycan kinosunda “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Yarımçıq qalmış mahnı”, “Xəzinə”, “Toya dəvətnamə” və digər filmlərdə yaddaqalan obrazları ilə adını kino tarixinə yazdırıb.
“Dövlət İmtahan Mərkəzi narazılıqları nəzərə alaraq, ikinci cəhd imtahanında çalışmalıdır ki, namizədlərə daha uyğun suallar təqdim etsinlər, onlar sualları cavablandırarkən çətinlik qarşısında qalmasınlar”.
"2025-ci ilin ötən dövrü ərzində stomatoloji klinikalarda 21 planlı, yeddi plandankənar yoxlama keçirilib. Hələ ki, bu il lisenziyası ləğv edilən klinika olmayıb".
Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdikləri nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edən iki sürücü - N.Məmmədov və E.Ağakərimli saxlanılıblar.