Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Sarı Xəlilov, Quru Qoşunlarının Əməliyyat İdarəsinin rəisi, polkovnik Allahverdi Hacıyev və Quru Qoşunlarının inspeksiya rəisi, polkovnik Saleh Kələntərov tutduqları vəzifədən azad olunublar.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 1-ci yarımil ərzində qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 582 kiberhücum indikatoru (IOC) müəyyən edilmiş və bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb.
KAAN döyüş təyyarələri il bağlı Türkiyə və Azərbaycan arasında əldə olunan razılıq iki dövlətin müdafiə sənayesi sahəsindəki əlaqələrinin yeni mərhələsidir.
2022-ci il aprelin 20-də Nizami Rayon Polis İdarəsinə rayon ərazisində naməlum qadının bıçaqlanması, cinayəti törədən şəxsin bıçağı ataraq, hadisə yerindən qaçması barədə məlumat daxil olur.
Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının (dövlət qeydiyyatına alınmayıb - red) sədri Qubad İbadoğlunun apellyasiya şikayəti təmin edilməyib.
Bakıda keçiddən keçən piyadanın etdiyi hərəkət sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Dilarə Əliyeva küçəsində baş verib. Belə ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü keçiddən keçən piyadaya yol verməyib. Bundan əsəbiləşən piyada təpik ataraq əsəbini sürücüdən çıxmağa çalışıb.