Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Bir neçə müddətdir Dövlət Gömrük Komitəsinin, Maliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birləşdiriləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bu qurumların bir sıra ölkələrdə birgə fəaliyyət göstərdiyi məlumdur.
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən "Embawood" MMC-nin istehsalat sahəsindən atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Dekabrın 28-də DEM Partiyasının deputatlarının İmralıya səfəri ilə başlayan proses PKK lideri Abdullah Öcalanın ev dustaqlığına çıxarılacağına dair iddiaları gündəmə gətirmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu iddialara cavab verib.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp prezidentliyi dövründə atacağı ilk addımı açıqlayıb: Qrenlandiyanı Amerikanın tərkibinə qatmaqla yükdaşımalarda dünyada üstünlük əldə etmək. Bu layihə isə əsas yükdaşımalarını Qrenlandiya üzərindən həyata keçirən Çinin narazılığına səbəb olub. Rusiya isə Amerikanın ərazilərinin böyüməsindən narahatdır. ABŞ Nümayəndələr Palatasında “Böyük Qrenlandiya MGGA” qanun layihəsi hazırlanmış və bu layihə palatada qəbul edilib.