İyunun 18-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il iyunun 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.