AYNA-nın ABSURD SİSTEMİ – Məqsədli tıxaclar və yaxud paytaxtın nəqliyyat CƏHƏNNƏMİNƏ ÇEVRİLMƏSİ - VİDEO
Bakıda yol-nəqliyyat problemləri həll olunmaq əvəzinə daha da dərinləşir. Buna səbəb isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sistemsiz və məntiqsiz qərarlarıdır. Paytaxtın Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yerləşən yolayrıcı aylardır bağlı qalsa da, bu müddət ərzində problemin həlli istiqamətində heç bir addım atılmayıb.