Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini qəbul edib.
Qırmızı Ürəklər Fondu cəmiyyətimiz üçün həssas və vacib mövzularda təşəbbüslərini davam etdirir. Ənənəsinə sadiq qalan Fond “Onlar Bizə Əmanətdir” layihəsi çərçivəsində növbəti dəfə şəhid övladlarını sevindirib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Portuqaliya Respublikasının Lissabon dairəsində, Filippin Respublikasının Şimali Kamarines əyalətində, Amerika Birləşmiş Ştatlarının isə Missuri, Alabama, Kanzas, Viskonsin ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödəyib.
2019-cu ildə ATV kanalında yayımlanan "Bizimlə dəyiş: 10 yaş gəncləş" proqramına qatılmaq üçün orada göstərilən nömrə ilə əlaqə saxladım. Fidan adlı xanım mənə əməliyyatın cüzu ödənişlə həyata keçiriləcəyini dedi. Qəbul etdim. 2019-cu ilin 28 fevralında ilk əməliyyatım Elnur Mehrəliyev tərəfindən NB Lazur klinikasında baş tutdu.